Xəbərlər

Böyük Britaniyanın nüfuzlu nəşri “SOCAR Capital”ı mükafatlandırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi ofisi London şəhərində yerləşən Böyük Britaniyanın nüfuzlu “International Finance Magazine” (IFM) platforması “SOCAR Capital” MMC-ni “Fastest Growing Corporate Bond Issuer–Azerbaijan 2023” (Ən Sürətli İnkişaf Edən Korporativ İstiqraz Emitenti–Azərbaycan 2023) nominasiyasında mükafatlandırıb.

Oxu.Az bu barədə “SOCAR Capital”a istinadən xəbər verir ki, IFM platforması hər il qabaqcıl şirkətlərin strateji və funksional performanslarının təhlili əsasında fərqli sektorlar üzrə qalibləri elan edir.

Beləliklə, “SOCAR Capital” 2024-cü ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkili ediləcək 11-ci mükafatlandırma mərasiminə dəvət olunub.

Artıq 10 ildir ki, mükafatlandırma tədbirlərini həyata keçirən IFM nəşri makro və mikro səviyyələrdə qlobal iqtisadi təhlil və araşdırmalar aparır, ölkələr və investorlar üçün orta və uzunmüddətli proqnozlar təqdim edir, eyni zamanda ekspert rəy və təkliflərindən ibarət məqalə-analitik yazılar hazırlayır.

2016-cı ildə “International Market Metrics” (Beynəlxalq Bazar Metrikləri) adlı təlim bölməsini təsis edən IFM aparıcı bazarlarda geniş bazar araşdırmaları və sektor tələblərinin təhlili əsasında korporativ təlimlər keçirir.

İndiyədək BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Mozambik, Şri-Lanka və Livanda sənaye gigiyenası, böhran kommunikasiyası, sertifikatlaşdırılmış üçüncü tərəf risklərinin idarə edilməsi, “Basel III”, bank riskləri, qaydalar və kompensasiyaların idarə edilməsi kimi mövzularda 50-dən artıq təlim keçirən IFM platforması hazırda Sakit okean hövzəsi və Afrika regionu ölkələri ilə də əməkdaşlıq təmaslarını inkişaf etdirir.

Platformanın əhatə etdiyi əsas mövzulara bankçılıq, islam maliyyəsi, aktivlərin idarə edilməsi, hedc fondları, pensiya fondları, inkişaf etməkdə olan bazarlar, daşınmaz əmlak, telekommunikasiya, neft və qaz daxildir.

Qeyd edək ki, jurnalın rəsmi veb-saytı Böyük Britaniyada ən çox ziyarət edilən 10 maliyyə veb-saytından biridir.

Qaliblərin adlarının elan olunduğu müvafiq xəbərə jurnalın rəsmi veb–saytından https://awards.internationalfinance.com qeydiyyatdan keçərək, daxil ola bilərsiniz.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu