Xəbərlər
Nazir müavininin oğlu vəzifəsindən AZAD EDİLDİ
Dövlət Gömrük Komitəsində Əməliyyat İstintaq Baş İdarəsinin rəisi işdən çıxarılıb.
Millinews.az News24.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri əmr imzalayıb. Əmrə əsasən, idarə rəisi Orxan Nuriyev tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, O. Nuriyev Ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.
Qeyd edək ki, E. Nuriyevin digər oğlu Cavanşir Eldar oğlu Nuriyev ötən həftə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.