ABŞ hərbi ekspertlərini də İsrailə göndərdi: Küçə döyüşlərində…
Pentaqon, ABŞ komandirlərinin İsrail Müdafiə Qüvvələrinə məsləhət vermək üçün bölgəyə göndərildiyini, bu komandirlərin əməliyyatlara rəhbərlik etməyəcəklərini, lakin şəhər döyüşlərində təcrübələrini bölüşmək üçün orada olduqlarını açıqlayıb.
Millinews.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder gündəlik mətbuat konfransında sualları cavablandırarkən deyib. O bildirib ki, İsraildəki Amerika komandirləri heç bir şəkildə əməliyyatlarda fəal iştirak etmirlər və sadəcə məsləhət üçün oradadırlar.
“AA” müxbirinin, “İsrailə silah yardımınızdan sonra müşavir göndərmək, baş verə biləcək Qəzza əməliyyatında mülki itkilərə görə məsuliyyətinizi artırmırmı?” sualına katib “İraq kimi əhalinin sıx məskunlaşdığı bölgələrdəki əməliyyatlarda təcrübəmizi nəzərə alaraq, mülki itkiləri azaltmaq adına əlimizdən gələni etmək üçün öyrəndiyimiz dərsləri paylaşmağın vacibliyinə inanırıq”,- deyə cavab verib.
İsraildə xidmət edən aparıcı Amerika komandiri general-leytenant Ceyms Qlindir və onların hamısının ortaq cəhəti İŞİD-ə qarşı mübarizə tarixlərinin olmasıdır. Qlinnin əvvəlki vəzifəsi ABŞ Xüsusi Qüvvələrinin beynəlxalq antiterror bölməsi olan Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığının komandir müavini olub. Qlin İsrail ordusuna məsləhət verən və adı rəsmən açıqlanan yeganə zabitdir.
Nəzrin