Xəbərlər

İsrail girovların azad edilməsi müqabilində HƏMAS-a atəşkəs təklif edib


İsrail Misir və Qətər səlahiyyətlilərinin vasitəçiliyi ilə HƏMAS hərəkatı ilə apardığı dolayı danışıqlar zamanı bütün girovların azad edilməsi və ölənlərin meyitlərinin qaytarılması qarşılığında atəşkəs yaratmağı təklif edib, amma təklif rədd edilib.

Millinews.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, kanalın mənbələrinin bildirdiyinə görə, HƏMAS Qəzza zolağında saxlanılan girovların azad edilməsi məqsədilə danışıqların aparılması üçün şərt kimi uzunmüddətli barışıq tələb edib. İsrail hökuməti də barışıq tələbini rədd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu