Xəbərlər

İrana qarşı bu sanksiyalar qüvvədən düşdü

irans

Ötən gün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin İranın raket sənayesinə məhdudiyyətlər tətbiq edən bəzi müddəaları qüvvədən düşüb.

Millinews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN artıq praktiki olaraq sanksiyaların ləğvini istəyib:

“18 oktyabr 2023-cü il tarixindən etibarən BMT Təhlükəsizlik Şurasının raket sənayesi ilə bağlı fəaliyyətlərə, o cümlədən müvafiq xidmətlərə və texnologiyalara tətbiq etdiyi ədalətsiz məhdudiyyətlərin sonuncu hissəsi, o cümlədən aktivlərin dondurulması və iranlı hüquqi şəxslər üçün maliyyə məhdudiyyətləri başa çatıb”.

Bundan əlavə, İran xarici işlər nazirinin müavini Əli Baqeri deyib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi əsasında İrana qarşı tətbiq edilən bütün milli və ya regional məhdudlaşdırıcı tədbirlər və ya sanksiyalar ləğv edilməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu