Xəbərlər
Zaqatalada qadın göbələkdən zəhərləndi
Zaqatalada 44 yaşlı qadın göbələkdən zəhərlənib.
Millinews.az report-a istinadən xəbər verir ki, rayonun Yuxarı Tala kənd sakini, 44 yaşlı Günəş Əsgərova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı 44 yaşlı qadının göbələkdən zəhərləndiyi məlum olub. Günəş Əsgərovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə, Kliniki Tibbi Mərkəzin nəznindəki Respublika Toksikologiya Mərkəzinə göndərilib.