Maqazin
“Onları ancaq bu qədər aldada bildim”
Xəbər verdiyimiz kimi, “Maska” şousunda “Nar” obrazı ilə çıxış edən tanınmışın aşıq Samirə Əliyeva olduğu ortaya çıxıb.
Axşam.az-ın məlumatına görə, sənətçi şoudakı iştirakı ilə bağlı təəssüratlarını bölüşüb.
“Bu da son. Çox çalışdım ki, məni aparıcı, aktrisa hesab etsinlər. Ancaq dedektivləri bu qədər aldada bildim, yarımfinalda yaxalandım. Aşıq sənətinin nümayəndəsi olaraq bu böyük şouda fərqliliyimi inqilab hesab edirəm. Sayənizdə çox həyəcanlı səhnə həyatı yaşadım” deyə, Samirə paylaşımında bildirib.
Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.