Xəbərlər

Obyektinin sənədi olmayanlara SEVİNDİRİCİ XƏBƏR


Azərbaycanda irili-xırdalı 50 minə qədər sənədsiz qeyri-yaşayış obketləri mövcuddur. Dövlət başçısının qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq bu günə kimi 5600 obyektin istismarı üçün müraciət olunub.

Millinews.az xəbər verir ki, 2700 sənəd qəbul edilib və 2600-ə qədər müraciət istismara icazə verilməsi üçün portala yerləşdirilib.

Bakı, Sumqayıt və Abşeron rayonunun əhalisi üçün sənəd qəbulu Bakıda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin layihə instutlarında, regionlarda isə Gəncə, Yevlax, Xaçmaz, Salyan, Lənkəran və Qəbələdə yerləşən FHN-nin reginal mərkəzlərində aparılır.

Müraciətin qəbulu, portala yerləşdirilməsi və icraata başlanması üçün müraciət ərizəsi və istismar edilən okyektin layihəsinin təqdim edilməsi kifayətdir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu