Xəbərlər

Millinews.az – Putindən Rusiya – Çin hərbi ittifaqı barədə AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskva və Pekin heç bir hərbi-siyasi ittifaq yaratmır, Qərbdə isə məhz bunu edirlər”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

“Biz dəfələrlə demişik: Biz hansısa hərbi-siyasi ittifaqda birləşmirik, lakin bunu edən amerikalılardır. Üstəlik, onlar öz müttəfiqlərini Rusiya və Çinlə münasibətləri pisləşdirməyə məcbur edirlər”, – deyə o, bildirib.

Rusiya lideri xüsusilə Qərblə Çin arasındakı qarşıdurmaya diqqət çəkib. O, vurğulayıb ki, Çin ABŞ ilə mübarizə aparmır, amma ABŞ əksinə, Pekinlə qarşıdurma yolunu tutub.

Putin qeyd edib ki, Avropa özü Çinlə mübahisə etmək istəmir, Avropa ölkələri arasında ticarətin həcmi durmadan artır: “Onlar Çin ilə münasibətləri korlamaq istəmirlər”.

Mənbə: TASS

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu