Xəbərlər

Obamadan İsrailə xəbərdarlıq: Buna əməl etməlisən

obama3

İsrailin HƏMAS-a qarşı mübarizədə hərbi strategiyası beynəlxalq hüquq normalarına uyğun olmalıdır.

Millinews.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Barak Obama “Medium” üçün yazdığı məqalədə bildirib.

Siyasətçinin sözlərinə görə, 17 gün ərzində HƏMAS-ın hərəkətləri nəticəsində 1400-dən çox İsrail vətəndaşı, o cümlədən qadınlar, uşaqlar və qocalar həlak olub. İsrail öz vətəndaşlarını “mənasız zorakılıqdan” qorumaq hüququna malikdir, lakin hərbi strategiya beynəlxalq hüquqa uyğun olmalıdır.

Barak Obama hesab edir ki, insan itkilərinə məhəl qoymayan istənilən hərbi strategiya əks nəticə verə bilər.

Qəzzanın bombalanması artıq çoxu uşaq olmaqla minlərlə fələstinlinin ölümünə səbəb olub. Yüz minlərlə insan evlərini tərk edib.

“İsrail hökumətinin mülki əhalinin qida, su və elektrik enerjisini kəsmək qərarı təkcə artan humanitar böhranı pisləşdirməklə təhdid etmir, həm də İsrailə qlobal dəstəyi əhəmiyyətli dərəcədə azalda bilər, sülh əldə etmək üçün uzunmüddətli səylərə zərbə vura bilər”, – Obama yazıb.

ABŞ-ın keçmiş prezidenti regionda sabitliyin vacib olduğunu bildirib.

Tural

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu