16 yaşlı qızı qaçıran oğlanla bağlı polis hərəkətə keçdi
Xəbər verdiyimiz kimi, Ötən gün bir-birinə qoşulub qaçan Ruslan və Yeganə cütlüyünün toyları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fiziki məhdudiyyəti olan 32 yaşlı Ruslan hazırda 16 yaşlı Yeganə ilə nikahsız yaşayır. Ruslanın sözlərinə görə, Yeganənin ailəsi fiziki məhdudiyyəti olduğu üçün onların ailə qurmasına razı deyildilər, ona görə də onlar qaçıb.
Mövzu ilə bağlı DİN mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov açıqlama verib.
“Rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər. Onlarla profilaktik iş aparılıb. Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Onlara izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaqdır”.