Xəbərlər
Hakan Fidan sabah Misirə səfər edəcək
Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Misirə rəsmi səfər edəcək.
Millinews.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, səfər Misirin xarici işlər naziri Sameh Şukrinin dəvəti ilə baş tutacaq.
Oktyabrın 14-dək davam edəcək səfər çərçivəsində Türkiyə və Misir arasında ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.