Millinews.az – İordaniya İsraillə sərhədləri bağladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İordaniya İsraillə mövcud 3 sərhəd qapısından 2-nin bağlanmasına qərar verib.
Buna səbəb işğal altındakı İordan çayının qərb sahilində qarşıdurmaların və gərginliyin artması olub.
Bununla bağlı İordaniya Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi açıqlama verib.
Açıqlamada bildirilib ki, sadəcə 1000 nəfərin keçməsinə icazə verildikdən sonra İctimai Təhlükəsizlik İdarəsi tərəfindən sərnişin və yük daşımaları üçün istifadə edilən Kral Hüseyn körpüsü, həmçinin sərhəd qapısı bağlanıb.
Açıqlamada Vadi Araba sərhəd qapısının normal şəraitdə fəaliyyətini davam etdirəcəyi qeyd edilib.
Xatırladaq ki, daha əvvəl İordaniya Fələstin ərazisində artan qarşıdurma və gərginlik səbəbindən Kral Hüseyn sərhəd qapısının müəyyən saatlarda fəaliyyət göstərəcəyini açıqlamışdı.
Qeyd edək ki, İordaniya və İsrail arasında Şeyx Hüseyn, Kral Hüseyn və Vadi Araba olmaqla üç sərhəd qapısı var.
Mənbə: Haber Global