Xəbərlər

HƏMAS-ın İsrailə hücumundan bəri ölən fələstinlilərin sayı 1500-ü keçib – YENİLƏNİB

HƏMAS-ın hücumlarına cavab olaraq İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində ölənlərin sayı 1537 nəfərə çatıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, münaqişə qurbanlarının sayının daha da artacağı gözlənilir.

Mənbə: TASS

22:54

Fələstin-İsrail münaqişəsindəki son gərginləşmə 1448 fələstinliyə həyatı bahasına başa gəlib.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.

Agentliyin məlumatına görə, Qəzza zolağında azı 447 uşaq və 248 qadın olmaqla, 1417 nəfər, İordan çayının qərb sahilində isə daha 31 nəfər ölüb.

Qəzzada 6268, İordan çayının qərb sahilində isə ən azı 600 olmaqla yaralıların ümumi sayı 6868-ə yüksəlib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu