Xəbərlər

Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir


Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü başlayıb.

Millinews.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.

Daha sonra hərbçilərin yürüşü başlayıb.

Belə ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” Ticarət Mərkəzi istiqamətində hərəkət edir.

Yürüşün digər marşrutu Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli olacaq.

Başqa bir hərbçi qrupu isə Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı marşrutu ilə hərəkət edəcək.

Yürüşün daha bir marşrutu isə “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev sarayı – İ. Nəsimi heykəli – Neftçilər prospekti istiqamətində olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu