Xəbərlər
Valyuta hərracında bankların dollar tələbi 40 milyonu ötüb
31 oktyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Millinews.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 41 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 18.8% azdır. Belə ki, 26 oktyabrda keçirilən valyuta hərracında banklar 50.5 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.