Xəbərlər

Azərbaycanda 95 yeni YOLUXMA

koronavirus covid

Azərbaycanda son 1 həftə ərzində (23-29 oktyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Millinews.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 95 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 149 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 050 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 588 nəfər müalicə olunaraq sağalıb, hazırda 106 aktiv xəstə var. Bu günə qədər 10 356 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 475, bu günə qədər isə ümumilikdə 7 703 250 test icra olunub.

Ölkədə son həftə ərzində vaksinasiya olunmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu