Maqazin

Cinsiyyətini dəyişdirən MƏŞHUR, dostları belə tanımadı… – FOTO

Müge Anlı, Hürrem Sultan və Ferhunde kimi personajları təqlid edərək şöhrət qazanan Melikhan Sağlam 2022-ci ildə İnstaqram hesabından verdiyi açıqlama ilə cinsiyyətini dəyişdiyini açıqlayıb.

Plastik əməliyyatla yenidən yaradılan fenomen son görünüşü ilə diqqət çəkib.

O, “Uzun müddətdir təxmin etdiyiniz kimi, cinsiyyət dəyişmə prosesində idim və nəhayət, bu prosesi tamamladım. Uşaqlıqdan fərqli olduğumu və içində olduğum bədənə aid olmadığımı hiss edirdim və bilirdim. Mən bu prosesi başa çatdırmaqla illər öncə güzgüyə baxan, özünü başqa cür təsəvvür edən Məlikxana borcumu ödəmişəm” – deyə açıqlamasında bildirib.

Bir müddət keçirdiyi plastik əməliyyatlar səbəbiylə sağalma prosesində olan fenomen, əməliyyatlardan sonra tez-tez görünüşünü dəyişib. Sarışın və ya qaraşın kimi görünən Melis özünü yenidən kəşf edib. Onu son halında görənləri təəccübləndirib.

Cins dəyişikliyindən sonra parodiya videolarının daha uğurlu olmaması ilə bağlı çoxlu tənqidlər də olub. Cinsiyyət dəyişikliyindən əvvəl hazırladığı parodiya videolarını artıq dərc etmir. O, daha çox sosial media hesablarında abunəçiləri üçün xüsusi məzmun hazırlayır.//Lent.az

Cinsiyet degistiren fenomen son haliyle gorenleri sasirtti 1726290830
Cinsiyet degistiren fenomen son haliyle gorenleri sasirtti 1 1726290842

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu