Xəbərlər

HƏMAS bunu edəcək – Geriyə yol yoxdur

HƏMAS İsrail ordusunu dəf edəcək, çünki geriyə yol yoxdur.

Millinews.az xəbər verir ki, Miçiqan Universitetinin İctimai Siyasət üzrə dosenti Caved Əli “Conversation”- a müsahibəsində Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrail ordusunun şiddətli müqavimətlə qarşılaşacağını bildirib.

Onun sözlərinə görə, bu, HƏMAS-ın geriyə yolu olmadığı üçün baş verəcək. “İsrail ordusuna qarşı mübarizədə döyüşçülər müxtəlif tələlərdən və əldəqayırma partlayıcı qurğulardan, eləcə də geniş yeraltı tunellər şəbəkəsindən istifadə edəcəklər”, – alim qeyd edir.

“Hazırda İsraillə bütün sərhədlər bağlıdır, humanitar yardım yalnız Rəfah keçid məntəqəsindən gətirilə bilər. Onların gedəcək yerləri yoxdur, ona görə də düşünürəm ki, HƏMAS İsrailin işğalını dəf etmək qərarına gələcək”, – o əlavə edib.

Mehti Kamiloğlu

Sonrakı xəbər

Şavkat Mirziyoyev: "Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir"

-->




Oxumağa davam et

Reklam

İlgili Makaleler

Şərh yaz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu