Xəbərlər

Ona yeni müqavilə təklif olunacaq

noyer

“Bavariya” klubun əfsanəvi qapıçısı Manuel Noyerlə müqaviləni uzatmağı planlaşdırır.

Millinews.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

37 yaşlı futbolçunun hazırkı müqaviləsi 2023/24 mövsümünün sonuna kimidir. Bundesliqa hegemonunun rəhbərliyi ona müqavilənin 2025-ci ilə qədər uzadılmasını təklif etməyə hazırdır.

Manuel Noyer bu mövsüm hələ heç bir matçda iştirak etməyib. Üstəlik, o, sonuncu dəfə 2022-ci il noyabrın 12-də “meydanda olub. Qətərdəki dünya çempionatından sonra Noyer xizək sürərkən ayağını sındırdı və bu da onu bir ilə yaxın kənarda qalmağa məcbur etdi.

Ona görə də, hər kəs güman edirdi ki, “Bavariya” belə ağır zədə alan qapıçıya yeni müqavilə təklif etməyəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu