ÖlkəMaqazinMaraqlı

Aktrisadan şok açıqlama: İctimai qınaq mənim üçün önəmli deyil

“Ssenari ilə tanış olanda görürsən ki, açıq-saçıq səhnə yer alıb. Yəni, bu vacibdirmi… Vacibdirsə, yalnız reytinq üçün yazılıb. O səhnənin həqiqətən bədii tərəfdən məqsədi varsa, o zaman mən qəbul edirəm, amma normal çərçivədə”. 

Bu sözləri aktrisa Sevinc Əliyeva “Qapqara” yutub layihəsində deyib. Sənətçi açıq-saçıq səhnədə çəkilməklə bağlı sualları cavablandırıb:

“Sözsüz ki, digər ölkədə olsaydıq və başqa mentalitetdə böyüsəydik, dilimiz, dinimiz tam fərqli olsaydı… İctimai qınaq sözsüz ki, bizdə var. Bu, hər bir şeyə aiddir. Mənim üçün ictimai qınaq önəmli deyil. Əgər önəmli olsaydı həyatım başqa cür olardı.

Açıq-saçıq səhnələrin yer aldığı bir filmdə çəkilmək təklif olunub. Soruşuram ki, niyə? Rejissor cavab verir ki, o zaman niyə aktrisa olmusan? Sırf bunun üçün aktrisa olmamışam”. / Axşam.az

1678297428 sevinjaliyeva 333456008 1654929138302820 8541354147341345354 n
1678297432 sevinjaliyeva 333758635 783873135952098 3586379218473949249 n
1678297434 sevinjaliyeva 332265544 719376893200324 7824521438234442383 n

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu