Xəbərlər

ABŞ Ukraynaya 150 milyon dollarlıq hərbi yardım ayırdı

Amerika Birləşmiş Ştatları oktyabrın 26-da Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Buraya NASAMS və tank əleyhinə “Javelin” raket sistemləri üçün raketlər daxildir.

Millinews.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bildirib.

O, həmçinin qeyd edib ki, yardım paketinə NASAMS üçün əlavə sursat, AIM-9M hava hücumundan müdafiə raketləri, “Stinger” zenit raketləri, HIMARS üçün əlavə sursat, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri, TOW raketləri, 2 milyondan çox atıcı silah patronu, gecə görmə cihazları, maneələri aradan qaldırmaq üçün sökülmə sursatları, soyuq hava üçün avadanlıq, ehtiyat hissələri, texniki xidmət və digər köməkçi avadanlıqlar, “Abrams” tankları üçün aktiv zireh lövhələri daxildir.

Hərbi yardım paketinin ümumi dəyəri 150 milyon dollardır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu