İsrail ordusu Qəzza zolağına hücum etməyə hazırdır
“İsrail ordusunun Qəzza zolağına daxil olması barədə əmr tezliklə veriləcək”.
Millinews.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O qeyd edib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına hücum etməyə hazırdır.
“Hələlik Qəzzanı uzaqdan görürsünüz, amma tezliklə onu içəridən görəcəksiniz. Bu əmr gələcək”, – nazir Qəzza sektoru ilə sərhəddəki İsrail hərbi mövqelərinə səfəri zamanı deyib.
Öz növbəsində, İsrail Müdafiə Ordusunun Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaron Finkelman Qəzza zolağına qurudan hücumun çətin, uzun və gərgin olacağını bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu isə gülləkeçirməz jiletdə Qəzza zolağına hücum üçün İDF döyüşçülərini psixoloji olaraq hazırlayan zaman çəkilmiş videosunu yayımlayıb.
“Düşmənlərimizə sarsıdıcı zərbə vuracağıq”, – Netanyahu qedy edib.
Vurğulanır ki, İsrail Amerika zirehli maşınlarının ilk partiyasını alıb. İsrail Müdafiə Nazirliyinin məlumatına görə , zirehli ciplər döyüş əməliyyatları zamanı zədələnmiş avtomobilləri əvəz edəcək.
Hüseyn İbadlı