Xəbərlər
İRƏVAN TƏSDİQLƏDİ: Mirzoyan Bayramovla görüşə gedir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah xarici işlər nazirlərinin “3+3” formatında keçiriləcək görüşündə iştirak edəcək.
Millinews.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan öz “Facebook” səhifəsində məlumat verib.
Xatırladaq ki, Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN rəhbərlərinin bazar ertəsi Tehranda “3+3” formatında görüşü baş tutacaq, Gürcüstan bu təşəbbüsə qoşulmur.
Səfər çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulub.
Daha əvvəl həmin platformada iştirak Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov tərəfindən təsdiqlənmişdi.