Xəbərlər

Azərbaycan güləşçisi dünya ikincisi oldu

564711bc 8925 3fd3 a511 a6629f6624ad 850

Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 çempionatında dünya ikincisi olub.

Azərbaycan Güləş Federasiyasından Millinews.az-a verilən məlumata görə, yarışın 4-cü günündə 5 qadın güləşçimiz mübarizəyə qoşulub.

Əsmər Cankurtaran (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Altın Şaqayevaya məğlub olub – 0:10.

Jalə Əliyeva (57 kq) ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya “tuş”la qalib gəlib. Əliyeva yarımfinalda kanadalı Mia Frizeni də vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Jalə finalda yaponiyalı Sara Natamiylə güləşib. Açıq mübarizə şəraitində keçən görüşdə rəqibinə 8:18 hesabıyla məğlub olan Əlliyeva dünya ikincisi olub.

Birgül Soltanova (62 kq) 1/8 finalda Alina Kasabiyevaya uduzub – 0:10.

Nigar Mirzəzadə (65 kq) 1/8 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:11. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mirzəzadə ukraynalı Yuliya Leskovetsə “tuş”la uduzaraq mübarizəni dayandırıb.

Mərziyə Sadıqova (72 kq) təsnifat mərhələsində türkiyəli Bukrenaz Sertə uduzub – 3:6.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu