Röya Ayxan ən böyük arzusunu AÇIQLADI
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir.
Lent.az xəbər verir ki, bu günədək 1300-dən çox ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib.
“Qarabağımıza Böyük Qayıdış başlayıb. Bu prosesi tək mən yox, bütün azərbaycanlılar izləyir,” – bu fikirləri işğaldan azad edilmiş ərazilərimizə qayıdışla bağlı fikirlərini bölüşən populyar müğənni, Xalq artisti Röya Ayxan deyib.
Xalq artistinin arzusu işğaldan azad olunmuş ərazilərdə böyük orkestrlə konsert verməkdir. “Biz evimizə qayıdırıq,” – deyən Röya Ayxan keçmiş məcburi köçkünlərə çağırış edib: “Sevərək evlərinizə dönün”.
İşğaldan azad edilmiş ərazilərdəki hər cür zəruri sosial-texniki infrastrukturla təchiz olunan yeni və bərpa edilən yaşayış məntəqələrində sakinlərin təhlükəsizliyi və rahatlığı üçün şərait yaradılıb. Yüz minlərlə məcburi köçkün səbrsizliklə doğma yurdlarına qayıdışa hazırlaşır. Onların arasında hamımızın yaxından tanıdığı mədəniyyət və incəsənət xadimləri də var.