Sağ qalmağımız üçün mövcud təhlükədir
İsrail mətbuatı Qəzza müharibəsini səhv idarə etdiyinə və Qəzzadan İsrailə edilən gözlənilməz hücumların uğursuzluğunda məsuliyyəti üzərinə götürmədiyinə görə baş nazir Benyamin Netanyahunu tənqid edir.
Millinews.az xəbər verir ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı gözlənilməz hücumunun şokundan qurtulmağa başlayan İsrail mətbuatı, müharibədən əvvəlki nəşrlərində daim hədəfə aldığı ada qarşı köhnə tempinə qayıdıb. Mətbuatın hədəf aldığı o ad Baş nazir Benyamin Netanyahudur. Son ictimai rəy sorğularının yer aldığı “Haaretz”, “Times of Israel” və “Yediot Ahronot” qəzetləri İsrail xalqının əksəriyyətinin 7 oktyabr hücumlarının aradan qaldırılamamasına görə Netanyahunu məsuliyyət daşıdığını yazıb.
“Haaretz”, “Netanyahu HƏMAS-ın 7 oktyabr hücumunu proqnozlaşdıra bilmədiyi üçün məsuliyyətdən yayınmağa və bu məsuliyyəti ordunun üzərinə qoymağa çalışır” kimi tənqidlərə də yer verib. Qəzetdə dərc olunan “Netanyahu İsrailin sağ qalması üçün mövcud təhlükədir” başlıqlı məqalədə “İsrailin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə kövrəkliyi fonunda İranın aktivləşməsi ölkənin uğursuz lideri Netanyahunun günahıdır”,- deyə qeyd olunub.
“Haaretz” qəzeti Baş nazir Netanyahunun “vəzifədə qalmaq üçün yorğunluğa və ictimai ümidsizliyə arxalandığını” ifadə edərək, bu açıqlamaları verib:
“Ancaq ona müharibəyə rəhbərlik etmək üçün etibar etmək olmaz və bu, onu davamlı uğursuzluq mirasından xilas etməyəcək. Müharibə bitdikdən sonra, istər üç həftə, istərsə də üç ay, siyasi cəhənnəmin bütün qapıları (Netanyahu üçün) açılacaq.”
Qəzet həmçinin Netanyahunu Qəzzada HƏMAS-ın əsirliyində saxladığı 200-dən çox israillinin vəziyyətini idarə etmək mövzusunda da tənqid edib.
“Netanyahunun girov koordinatoru HƏMAS tərəfindən qaçırılan hər kəsin həyatını təhlükəyə atdı” başlıqlı xəbərdə Netanyahu tərəfindən Qəzzada girovların azad edilməsini təmin etmək üçün “Girovlar və itkin düşmüş şəxslər koordinatoru” təyin edilən istefada olan briqada generalı Qal Hirş hədəfə alınıb. “Jerusalem Post” qəzeti də yayımladığı məqalə üçün “İsrail hökuməti haradadır?” başlığını seçib.
7 oktyabr hücumunu “Yəhudi dövləti (İsrail) tarixinin ən dəhşətli qətliamı” olaraq xarakterizə edən qəzet, İsrail vətəndaşlarının kömək etmək üçün səfərbər olduğunu, lakin hökumətin yaraların sağalmasında təsirsiz qaldığını bildirib. “Jerusalem Post” həmçinin Netanyahu hökumətindəki nazirliklərin HƏMAS-la müharibə zamanı “disfunksiyalı” olduğunu bildirən bəyanata yer verib.
“The Times of Israel” də İsrailin baş nazirinin “media ilə əlaqələri kəsdiyini və müharibə zamanı sual verməsindən qorxduğunu” yazıb. Qəzet “Baş nazir bu qara gündə belə öz ölkəsinin mediası və bununla da İsrail xalqı ilə əlaqə saxlamır” deyib.
Baş nazir Netanyahunun son müsahibəsini 13 aprel 2023-cü ildə İsrail televiziyasına verdiyinə diqqət çəkən qəzet, onun İsrailin dövlət televiziyası KAN-a müsahibə verməyə razılaşdığı son tarixin isə 14 sentyabr 2019, yəni dörd ildən də çox əvvəl olduğunu vurğulayıb.
Nəzrin