Maqazin
“Heyif o ürəkdən, istedaddan, cavan canından”
Xalq artisti Nazpəri Dostəliyeva ötən gün dünyasını dəyişən müğənni Emil Rəhmanoğlu ilə bağlı paylaşım edib.
Millinews.az xəbər verir ki, mərhumun ifa etdiyi mahnılardan birini yayımlayan müğənni bunları yazıb:
“Dünya belə dünyadır. Heyif o ürəkdən, istedaddan, cavan canından. Ruhun şad, məkanın cənnət olsun, Emil”.
Qeyd edək ki, Emil ötən gün dünyasını dəyişib. Yaxınları onun ürəyində tromp olduğunu açıqlayıb.