Xəbərlər

“Bavariya” futbolçularının “Qalatasaray” azarkeşlərinə reaksiyası diqqət çəkdi


Çempionlar Liqası çərçivəsində İstanbulda keçirilən “Qalatasaray” – “Bavariya” qarşılaşmasından sonra futbolçuların azarkeşlərə təşəkkür etməsi diqqət çəkib.

Millinews.az xəbər verir ki, “Bavariya” futbolçuları azarkeşlərin ab-havasından məmnun qalıblar.

Qeyd edək ki, oyundan sonra “Bavariya”nın futbolçusu Harri Keyn azarkeşlərin səs-küyünə görə eşitmə qabiliyyətini itirdiyini bildirib. O oyundan sonra “Qalatasaray”ın azarkeşlərini tərifləyib. Bu stadionda oynamağın çətin olduğunu deyən hücumçu matçdan sonra eşitmə qabiliyyətinin bərpa olunduğunu vurğulayıb:

“Biz vacib qələbə qazandıq. “Qalatasaray”ın stadionunda oynamaq çox çətindir. Bu, həqiqətən əla atmosferdir. Buna görə təşəkkür edirəm. Azarkeşlərin komandaya təsiri həqiqətən yüksəkdir. İlk dəfədir ki, “Qalatasaray”ın stadionundayam və açığını desəm, matç bitdikdən sonra eşitmə qabiliyyətimi bərpa edirəm”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu