Çexiya prezidenti hərbçinin başına ağır ZƏRBƏ ENDİRİDİ
Çexiya Prezidenti Petr Pavel Çexoslovakiyanın yaranmasının ildönümü ilə bağlı keçirilən mərasimdə döyüş bayrağını dik tuta bilməyib və onu yerə endirib.
Millinews.az xəbər verir ki, bu barədə “ČT24” məlumat yayıb .
Düşən bayraq prezidentin solunda dayanan əsgərin başındakı papağı düşürüb, bundan sonra o, baş geyimi olmadan yürüşünü davam etdirib.
Gülməli hadisə oktyabrın 28-də Vitkovda baş verib.
Pavel daha sonra “X” sosial şəbəkəsindəki paylaşımında baş verən hadisəyə görə üzr istəyib və bayrağın bu qədər ağır olacağını gözləmədiyini qeyd edib.
“Mən heç olmasa bu şəkildə Vitkovda keçirilən mərasim zamanı döyüş bayrağı ilə vurulan Qala Mühafizəsinin üzvünə fiziki və ya psixoloji ziyan vurduğuna görə üzr istəməyə ehtiyac duyuram. Bu, şübhəsiz ki, qurulmuş hərbi mərasimi yeni elementlə şaxələndirmək cəhdi deyildi. Mən sadəcə çəkisini az qiymətləndirdim”, – Çexiya lideri bildirib.
Hüseyn İbadlı