Xəbərlər
Günelin anası iflic oldu – FOTO
Müğənni Günel Zeynalovanın anası Zöhrə Zeynalova iflic keçirib.
Millinews.az xəbər verir ki, bu barədə müğənninin özü paylaşım edib.
O, instaqram hesabının hekayə bölümündə anası ilə birlikdə fotosunu paylaşaraq yazıb: “Səni sevirəm. Anam, ən çox bənzədiyim. Gözlərinə qurban. Hələ mənim toyum var, nəvələrin olacaq. Allah bizi sevir və sınayır. Bu günümüzə çox şükür”.
Günel daha sonra xəstəxanadan şəkil paylaşaraq anasının iflic keçirdiyini bildirib: “Çox şükür, anam yaxşıdır. Allaha şükürlər olsun. İflic keçirdi. Amma müalicəsi davam edir. Daha da yaxşı olacaq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.