Xəbərlər
Qəzzada xəstəxanaya raket düşdü: 500-dən çox ölən var
Qəzza zolağı istiqamətinə atılan raketlərdən biri orada yerləşən xəstəxanalardan birinə düşüb.
Millinews.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində 500-dən çox adam ölüb və yaralanıb.
“Əl-Əhli Əl-Maadani xəstəxanasının atəşə tutulması nəticəsində 500-dən çox itki var”, – Qəzza Səhiyyə Nazirliyi bildirib.
Xəstəxanaya hücumun haradan edildiyi hələ müəyyən edilməyib. İsraili dəstəkləyən bir sıra “Telegram” kanalları raketin HƏMAS tərəfindən atıldığını və səhvən düşdüyünü və ya partladığını ehtimal edir.
Hüseyn İbadlı