Gəncədə küçəyə atılan uşaqların vəziyyəti açıqlandı
21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq – 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib.
Millinews.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən onlara zəruri tibbi xidmətlər göstərildiyi bildirilib:
“Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir”.
***
09:32
Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.
Millinews.az xəbər verir ki, uşaqların qəyyumu olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.
Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.