Xəbərlər

Blinken İsrailə səfər edəcək

blinken

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də İsrailə səfər edəcək.

Millinews.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Belə ki, Blinken hökumət üzvləri ilə görüşmək üçün cümə günü İsrailə gəlmək niyyətindədir. Bundan sonra ABŞ dövlət katibi regionun bəzi ölkələrinə səfər etməyi planlaşdırır.

Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda Blinken bundan əvvəl İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfər edib. Bundan başqa, oktyabrın 18-də ABŞ Prezidenti Cozef Bayden 1 günlük təcili səfərlə İsraildə olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu