Xəbərlər

Rusiya İrandan imtina edir: “Italmas”dan yararlanacaq

iran rusiya

Ukrayna infrastrukturuna hücumlar zamanı Rusiya “Şahed” pilotsuz təyyarələrinin istifadəsini yerli istehsal dronlarının daha ucuz və yüngül versiyaları ilə əvəzləyir.

Millinews.az xəbər verir ki, oktyabrın 23-də Rusiya mətbuatı Rusiya qoşunlarının Kiyev bölgəsinə hücum zamanı Ukraynada ilk dəfə yeni “Italmas” uzun mənzilli pilotsuz uçan aparatlarından istifadə etməsilə bağlı məlumat yayıb.

Qeyd edilir ki, “İtalmas” pilotsuz təyyarələri “Şahed”dən daha yüngüldür və aşkarlanıb vurulması nisbətən çətindir. Həmçinin bildirilir ki, onlar “Şahed”lərdən daha ucuzdur, yəni daha çox istehsal və istifadə oluna bilər.

Məlumata görə, sözügedən və hazırda istehsal olunan PUA-nın kod adı isə “Məhsul 54”dür.

Mehti Kamiloğlu

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu