İsraildəki səfirliyimiz vətəndaşlara müraciət etdi
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.
Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin “X” səhifəsində paylaşım edilib:
“İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.