Xəbərlər

“Bayer”lə “Qarabağ” arasında yerlə göy qədər fərq var”

1698354463 20231026 gaf u56 1006

“Qarabağ”ın qolkipei Andrey Lunyovun menceri Anton Smirnov Ağdam təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsində “Bayer”ə qarşı keçirdiyi oyunu (1:5) dəyərləndirib.

Millinews.az xəbər verir ki, o, “Teleqram” səhifəsindəki paylaşımında komandalar arasında böyük səviyyə fərqinin olduğunu bildirib:

“Yaxşı ki, cəmi 5 qol oldu. Belə oyunu şərh etmək çətindir. Komandalar arasında yerlə göy qədər fərq var. Ümid edirəm ki, Bakıda daha layiqli mübarizə olacaq”.

Smirnovun fikrincə, buraxılan qollarda rusiyalı qapıçının səhvi olmayıb:

“Andrey meydanda yaxşı idi, amma futbol komanda oyunudur. O, yalnız buraxılan beşinci qolda daha yaxşı oynaya bilərdi. Ancaq həmin epizodda da müdafiəçilərin harada olduğu bəlli deyildi. Belə matçlardan düzgün nəticə çıxaranlar irəliləyir və güclənirlər. Andreyə və komandasına sona qədər mübarizə apardığına görə təşəkkür edirəm. Bu o deməkdir ki, komandanın xarakteri var”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında cavab oyunu noyabrın 9-da Bakıda keçiriləcək.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu