Xəbərlər

Baydendən şok hədə: Xamenei cavabımıza hazır olsun!

bayden

İranın dəstəklədiyi iddia edilən qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücumlarının davam edəcəyi təqdirdə ABŞ-ın mümkün cavabına Tehran hazır olmalıdır.

Millinews.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Avstraliyanın Baş naziri Entoni Albanese ilə Ağ Evdə danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.

“Ayətullaha (Əli Xamenei nəzərdə tutulur – red.) xəbərdar edirəm: əgər onlar bu hərbi qüvvələrə qarşı fəaliyyətlərini davam etdirsələr, biz cavab verəcəyik. Və o, hazır olmalıdır”, – ABŞ lideri bildirib.

Bayden qeyd edib ki, ABŞ qoşunları Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq və onun bərpasının qarşısını almaq üçün çalışır, bunun İsraillə heç bir əlaqəsi yoxdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu