Xəbərlər
ABŞ-ın Suriyadakı hərbi bazasında PARTLAYIŞ
ABŞ-ın Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağındakı bazasında partlayış səsləri eşidilib.
Millinews.az-ın “Al-Mayadeen”ə istinadən xəbərinə görə, bu barədə yerli mənbə məlumat verib.
Onun sözlərinə görə, Deyr əz-Zorun şərqindəki neft yatağında ABŞ hərbi bazasının ərazisində silsilə partlayışlar baş verib.
Telekanalın məlumatına görə, baza pilotsuz təyyarələr və raketlərin hücumuna məruz qalıb.