Azərbaycanda ilk: Məhbuslar məzuniyyətə çıxdı
Azərbaycanda bir neçə məhbus məzuniyyətə buraxılıb.
Millinews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkumlara məzuniyyət verilməsi Penitensiar Xidmətdə ilk haldır.
Bir neçə günlük məzuniyyətə buraxılan məhbuslar, müddət bitdikdən sonra cəzaçəkmə müəssisəsinə geri dönüblər.
Məlumatı Penitensiar Xidmətdən də saytımıza təsdiq ediblər.
Bildirilib ki, bundan başqa, yeni təyin olunmuş Xidmət rəisi Mirsaleh Seyidovun tapşırığı ilə çoxsaylı yeniliklər tətbiq olunub. Yeni çağrı mərkəzi yaradılıb, sosial şəbəkə hesabları istifadəyə verilib və təcridxanalarda və cəzaçəkmə müəsissələrində korrupsiya halları ilə mübarizə sərtləşdirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.