Xəbərlər

Mahnı üstündə dava düşdü: Bəyin dayısı öldü

0x0 dugunde istek sarki cinayeti gelin ve damat tarafi kapisti 1698566623681

Toyda mahnı sifarişinə görə bəy və gəlin tərəfi arasında çıxan davada bir nəfər ölüb, iki nəfər yaralanıb.

Millinews.az xəbər verir ki, qanlı hadisə Türkiyənin Aydın şəhərinin Nazilli rayonunda baş verib.

Belə ki, Əmrah Kabakoğlu və Gülsərən Coşkun cütlüyünün toyunda səsləndiriləcək mahnıya görə, bəylə gəlin tərəfləri arasında rəqs meydançasında başlayan mübahisə qısa zamanda davaya çevrilib. Dava zamanı bəyin dayısı Oktay Kabakoğlu sınıq pivə şüşəsi ilə ürəyindən zərbə alıb.

Kabakoğlunun böyük qardaşı Mehmet Kabakoğlu da bıçaqlanıb. Əşrəf Qoç isə başına pivə şüşəsi ilə vurulması nəticəsində xəsarət alıb. İnsidentdən xəbər tutan polislər və təcili yardım qrupları hadisə yerinə gəliblər. Təcili yardımla Nazilli Dövlət Xəstəxanasına çatdırılan yaralılardan Oktay Kabakoğlunu həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Jandarma hadisədən sonra qaçan şübhəlilərin saxlanılması üçün əməliyyata başlayıb.

Qeyd edək ki, davada Oktay Kabakoğlunun (43) öldüyü, Mehmet Kabakoğlunun (51) və Əşrəf Qoçun (27) isə yaralandığı bildirilir. Davaya qarışan 4 şübhəli Kuyucak rayonunda saxlanılıb.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu