Xəbərlər
Rusiya və Azərbaycan arasında kritik görüş
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin azərbaycanlı həmkarı Samir Şərifovla Bakıda məsləhətləşmələr aparıb.
Millinews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın artırılması imkanları nəzərdən keçirilib”, – məlumatda qeyd olunub.