“Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub oldu
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.
Millinews.az xəbər verir ki, A qrupunda mübarizə aparan “Qalatasaray” Türkiyədə Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. “Rams Park” stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:1.
Hesabı 8-ci dəqiqədə Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman açıb. 30-cu dəqiqədə Mauro İkardi penaltidən vurduğu qolla tarazlığı bərpa edib. 73-cü dəqiqədə Harri Keyn ikinci topu İstanbul təmsilçisinin qapısından keçirib. 79-cu dəqiqədə isə Camal Musiala “sarı-qırmızılılar”ı üçüncü dəfə cəzalandıraraq yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 9-a çatdıran “Bavariya” qrupda liderliyini qoruyub. 4 xalı olan “Qalatasaray” isə 2-ci pillədə qalıb. Bu qrupun digər matçında “Mançester Yunayted” İngiltərədə Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq.
D qrupunda isə “İnter” İtaliyada Avstriya “Zaltsburq”unu 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, günün digər oyunları Bakı vaxtı ilə saat saat 23:00-da başlayacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.