Ölkə

“Hökümənin ruhu şaddır, çünki dövlətimiz və vətəndaşlarımız onu tək qoymadı” – Bibisi oğlu

Hökümə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi.

AZXEBER.COM xəbər verir ki, bunu Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyevanın bibisi oğlu Adil Yusifov deyib.

O bildirib ki, dövlətə xidmət etmək ərazi bütövlüyü uğrunda canından, qanından keçməklə yanaşı, üzərinə düşən öhdəliyi dövlətin və vətəndaşların rifahı naminə layiqincə yerinə yetirməkdir:

“Hökümə də üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi və qəhrəman kimi yaddaşlara həkk oldu. Bu amal hər bir azərbaycanlının qürur və iftixar yeridir. Bu gün Hökümənin ruhu şaddır. Çünki dövlətimiz və vətəndaşlarımız onu tək qoymadı”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu