Ölkə

Qənirə Paşayeva dəfn edildi

Ötən gecə vəfat edən millət vəkili Qənirə Paşayeva dəfn edildi.

Heydər Məscidində mərhumla vida mərasimindən onun nəşi İkinci Fəxri xiyabana gətirilib.

Hazırda Qənirə Paşayeva Il Fəxri Xiyabanda son mənzilə yola salınır. Dəfn mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edib.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu