Azərbaycan bu tarixdə tam olaraq fiber-optikə keçid edəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Layihə çərçivəsində bölgələrdə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir və görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.
Millinews.az xəbər verir ki, bu barədə “Aztelekom”dan bildirilib.
Qeyd olunub ki, burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.
Qeyd edək ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Layihə çərçivəsində ümumilikdə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.