Xəbərlər

Məşhur aktyor evində marixuana yetişdirirmiş

Məşhur aktyor Aras Bulut İynemlinin qardaşı, eyni zamanda aktyor Orçun İynemlinin həyat yoldaşı Eda İynemli ərini məhkəməyə verib.

Millinews.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb aktyorun həyat yoldaşına zorakılıq göstərməsi olub. Qeyd olunub ki, cütlük spirtli içki qəbul etdikdən sonra mübahisə edib. Mübahisə böyüyəndə isə Orçun İynemli həyat yoldaşını döyməyə başlayıb. Ərinin zorakılığına məruz qalan gənc qadın polis bölməsinə gedərək İynemlidən şikayət edib. O, ifadəsində həyat yoldaşının onu döydüyünü, həmçinin evdə narkotik maddə hazırlayıb istifadə etdiyini bildirib. Bundan sonra polis qüvvələri prokurorluğun icazəsi ilə sözügedən yaşayış yerində axtarış aparıb.

Axtarışı zamanı evdəki qablarda narkotik yetişdirildiyi bəlli olub. İfadəsində evdə narkotik hazırlamağa çalışdığını deyən məşhur aktyor bunu satmaq üçün deyil, istifadə etmək məqsədi ilə etdiyini bildirib. Tapılan maddələrin hamısının marixuana olduğunu deyən Orçun İynemli narkotik satışından gələn pula ehtiyacı olmadığını, aktyorluq, rejissorluq və vokal sənətindən pul qazandığını vurğulayıb. Həftədə iki-üç dəfə maddə istifadə etdiyini deyən İynemli müalicə olunmaq istədiyini əlavə edib.

Nəzarət altında saxlanılan aktyorun xaricə getməsinə qadağa qoyulub. Hadisə ilə bağlı prokurorluğun araşdırması davam edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu