Xəbərlər

İsveç oyununun biletləri satışa çıxarıldı


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.

Millinews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər 5, 10, 15, 30 (VİP), 50 (VİP) və 200 (VİP) manatdır.

Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan – İsveç görüşü saat 21:00-da start götürəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu