Xəbərdarlıq: Şəhəri zəhərli hörümçəklər basacaq
Avstraliyada zəhərli Sidney huni tor hörümçəklərinin işğalı başlayıb.
Millinews.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın şərq sahillərində sakinlərə ölümcül Sidney huni tor hörümçəklərinin invaziyasının başlaması barədə xəbərdarlıq edilib.
Bildirilir ki, yerli zəhərli buğumayaqlıların çoxalma mövsümü tezliklə ölkənin şərq sahillərində, xüsusən də Yeni Cənubi Uels əyalətində başlayacaq. Erkəklər dişilərin axtarışına çıxmaq və yeni yuvalar qurmaq üçün kütləvi şəkildə sığınacaqları tərk etməyə başlayacaqlar.
Son günlərdə yağan güclü yağışların huni hörümçəklərin artmasına çoxalmasına şərait yaratdığı qeyd olunur. Onların kütləvi şəkildə həyətlərdə və evlərdə peyda olacağı gözlənilir.
Hunilər yüksək rütubətli qaranlıq yerlərə üstünlük verirlər və bağlara, qarajlara və hətta çöldə qalan ayaqqabılara girə bilərlər. Bundan əlavə, vətəndaşlara hovuzların filtrlərini diqqətlə yoxlamaları tövsiyə olunub.
Mehti Kamiloğlu