Xəbərlər
İranda SEPAH-ın yüksək rütbəli zabitinə qarşı sui-qəsd olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli kəşfiyyat zabiti Məhəmməd Akikinin həyatına sui-qəsd edilib.
Qeyd olunub ki, zabit sui-qəsd zamanı aldığı ağır xəsarətlərdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun durumu ağır olaraq qiymətləndirilir.
Hələlik hadisənin digər təfərrüatları açıqlanmayıb.
Mənbə: Nexta